Qabil Hüseynli: "Fransa görüşünə az da olsa, ümid var" Münasibət

"Hesab edirəm ki, Ermənistanla yanaşı Rusiya da böyük sülh sazişində yer ala biləcək müddəaları qəbul etmir və gələcəkdə də etməyəcək. Çünki böyük sülh sazişinin imzalanması bütövlükdə sülhün bərqərar edilməsinə gətirib çıxara bilər". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli ABŞ-ın böyük sülh sazişinin həyata keçirilməsi istiqamətində işlərin aparılması ilə bağlı təklifinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, böyük sülh sazişi ideyasının irəli sürülməsi düzgün olsa da, Ermənistanın bunu qəbul edəcəyi çox müşkül məsələdir.

Politoloq həmçinin noyabr ayında Fransada Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün baş tutması məsələsinə də toxunub: "Fransada keçirilməsi nəzərdə tutulan görüş Soçi görüşünə nisbətən daha mütərəqqi xarakter daşıya bilər. Düzdür, ermənilərin ipinin üzərinə odun yığmaq çətindir, lakin güc mərkəzləri, xüsusilə də NATO problemin nizama salınması üçün ciddi işə girişib. Buna görə də Fransa görüşü az da olsa, irəliləyiş yarada və ümumi işə öz töhfəsini verə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə