"Bir qəzetçi, köşə yazarı olaraq yazımın detallı şəkildə hər hansı bir KİV-ə izahatını özüm tərəfindən verilməsini yolverilməz hesab edirəm". Bu fikirləri SİA-ya açıqlamasında "Yeni Müsavat" qəzetinin baş redakatorunun müavini, adıçəkilən mətbu orqanın köşə yazarı Azər Ayxan ötən həftə çalışdığı qəzetdə AXCP sədri Əli Kərimlini, eləcə də "Azadlıq" qəzetini sərt şəkildə tənqid edən köşə yazısına münasibətini bildirərkən deyib.
"Azərbaycan xalqı savadlı xalqdır, hər şeyə öz doğru qiymətini verə bilən xalqdır",- deyə qeyd edən "Yeni Müsavat" qəzetinin rəsmisi bundan atrıq münasibət bildirə bilməyəcəyini qeyd edib: "İndi necə yazıram, nə cür dəyərləndirmələr aparıramsa bunu yalnız özüm bilirəm. Sadəcə yazdım getdi. Kimi nəzərdə tuturamsa artıq bu başqa söhbətdir".
Xatırladaq ki, ötən həftə Azər Ayxan "Yeni Müsavat" qəzetindəki "Əli Kərimli və onun macəraçı-avantürist dəstəsi bizdən nə istəyir" başlıqlı köşə yazısında AXCP sədrini və ətrafını bir çox məsələlərdə hədəfə alan sərt, ittiham edici ifadələr işlədib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB