ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Uelsdə keçirilən NATO sammitindən yazıb. SİA-nın həmsədrin şəxsi "Twitter" səhifəsinə istinadən verdiyi xəbərə görə, Uorlik qeyd edib ki, bu gün Ermənistan və Azərbaycan prezidentləri NATO-un sammitində iştirak edirlər.
"Sammitdə bizim ümumi dəyərlərimiz və hədəflər üzrə kəskin bəyanatlar gözlənilir" - deyə, əlavə edib.
Qeyd edək ki, NATO-ya üzv və qeyri-üzv ölkələrin dövlət başçılarının qatılacağı ikigünlük sammitdə cari və gələcək təhlükəsizlik çağırışlarına dair qərarlar qəbul ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB