Çingiz Qənizadə: "Ölüm cəzasını təkrar qanuniləşdirmək yolverilməzdir"

"Hüquqi və demokratik ölkə olan Azərbaycanın Avropa Şurasına üzv olduğu halda bu məsələyə yenidən qayıtması, ölüm cəzasını təkrar qanuniləşdirməsi yolverilməzdir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə həmkarı Yaqub Mahmudovun Azərbaycanda ölüm hökmünün yenidən bərpa olunması fikirlərinə münasibət bildirərkən deyib.

"Bildiyiniz kimi, 1998-ci ildə Azərbaycanda ölüm hökmünün ləğv edilməsi Ulu öndər Heydər Əliyevin qərarı ilə olub. Bu da 2000-ci ildə Avropa Şurasına üzvlüyə daxil olarkən əsas şərtlərdən biri idi. Hökmün yenidən bərpa olunması istəyi hər hansı bir millət vəkilinin arzusu ola bilər. Hətta bir müddət əvvəl digər millət vəkili İlyas İsmayılov da ölüm hökmünün saxlanmasının tərəfdarı idi. Eyni zamanda mən də belə hesab edirdim ki, hələlik bu hökmün qalması məqsədə uyğundur, lakin zaman dəyişib və 14 ildən sonra hüquqi və demokratik ölkə olan Azərbaycanın Avropa Şurasına üzv olduğu halda bu məsələyə yenidən qayıtması, ölüm cəzasını təzədən qanuniləşdirməsi yolverilməzdir"- deyə, Çingiz Qənizadə məsələ ilə bağlı fikirlərin əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə