Sabir Rüstəmxanlı: “Beynəlxalq təşkilatların dəyirmanına su tökmək olmaz” MÖVQE
"Mən bu cür çağırışlara ümumiyyətlə, haqq qazandırmıram. Çünki Ermənistan da neçə illərdir ki, bizim ölkəmiz haqqında o cür çağırışlarda bulunur, çalışır ki, Azərbaycan beynəlxalq aləmdən təcrid olunsun". Bu fikirləri SİA-ya açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı həbsdə olan Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun "Vicdan Məhbuslarının Müqavimət Hərəkatı" yaradılması təklifinə və həmin təklif sırasında "hərəkat" adından AŞ Baş katibinə, AŞPA sədrinə "Azərbaycanda repressiyaların dinamikasını göstərməklə" Azərbaycanın AŞ-sı Nazirlər Komitəsinə rəhbərliyinin "yolverilməz olması haqda" müraciətlər hazırlanmasına, eləcə də deputatlar arasında paylanması çağırışına münasibət bildirərkən deyib.
VHP sədri onu da xatırladıb ki, vaxtilə "Eurovision" müsabiqəsi öncəsi də sözügedən çevrələr tərəfindən buna bənzər çağırışlar olunurdu: "Ona görə də mənə elə gəlir ki, bizim içimizdə, yəni ölkə daxilində demokratikləşmə yolunda cəmiyyətdə neqativ halların aradan qaldırılması bizim öz daxili işimizdir və belə məsələlərin ölkə xaricinə çıxarılaraq müzakirə olunması yolverilməzdir. Ümumiyyətlə, iqtidar-müxalifət mübarizəsi bütün dövlətlərdə var və bu amili təbii qarşılamaq lazımdır.
Ancaq o da sirr deyil ki, bəzi beynəlxalq təşkilatlar var ki, onlar onsuzda Azərbaycana qarşı təzyiq dili ilə danışmağa çalışırlar. Məsələn, Ermənistanla müqayisədə bizimlə ikili standartlar dilində danışan, haqqımızı müdafiə etməyən, hətta Azərbaycanın şəksiz haqlı olduğu məqamlarda belə öıkəmizi haqsız çıxarmağa çalışan beynəlxalq təşkilatların dəyirmanına su tökmək olmaz. Ona görə də mən belə bəyanatları, belə çağırışları qətiyyən qəbul etmirəm".
Sabir Rüstəmxanlı eyni zamanda Leyla və Arif Yunusların, eləcə də digər şəxslərin "siyasi məhbus" elan edilərək, onlar ətrafında müdafiə komitələri quran partiyaları diqqətli olmağa çağırıb: "İnsan haqlarının qorunması hər birimizin borcudur. Ancaq elələri də var ki, onlar barəsində məhkəmə hökmü qəbul edilməyib və ona görə də hər hansı bir qərar verməmişdən öncə, diqqətli olamaq daha yaxşı olardı. Rəhbərlik etdiyim partiya sözügedən bəyanata dəstək vermir və müdafiə komitələrində fəaliyyət göstərmək fikrində deyil".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB