Azərbaycana rəsmi səfərə gələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub. SİA-nın xəbərinə görə, Azərbaycan və Türkiyə dövlət bayraqlarının dalğalandığı meydanda Rəcəb Tayyib Ərdoğanın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyev raport verib.
Hərbi orkestrin ifasında Azərbaycan və Türkiyənin dövlət himnləri səslənib.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Azərbaycan Respublikasnın rəsmi şəxsləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Türkiyənin nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim edilib. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib.
Sonra prezidentlər rəsmi foto çəkdiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB