Mübariz Qurbanlı: “Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyi üçün bu münaqişə dini səciyyə daşımır”
"Azərbaycan müsəlman ölkəsi olmasına baxmayaraq, burada müxtəlif dini icmalar sərbəst şəkildə fəaliyyət göstərir". SİA-nın məlumatına görə bunu Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Bakıda "Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə" mövzusunda keçirilən 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşü çərçivəsində baş tutan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycan tolerantlıq və dözümlülük baxımından dünyada özünü nümunəvi ölkə kimi göstərib: "Avropa Şurasının nümayəndələri Azərbaycanda dini tolerantlıqla bağlı müsbət fikirdədirlər. Avropa Şurasının nümayəndələrinin Qubaya səfəri zamanı onlar sinaqoqun fəaliyyətini görüblər və bunu yüksək qiymətləndiriblər".
M.Qurbanlı deyib ki, Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyi üçün bu münaqişə dini səciyyə daşımır: "Azərbaycanda müxtəlif dinlər, millətlər dinc və yanaşı yaşayır. Azərbaycanla Ermənistan arasında münaqişə də dini məsələ deyil. Bu, Ermənistanın təcavüzüdür. Ermənistan isə bunu din pərdəsi altında təqdim etməyə çalışır. Bu gün Azərbaycanda 30 minə yaxın erməni yaşayır. Onların Bakının mərkəzindəki dini məbədi də yüksək səviyyədə qorunub saxlanır".
M.Qurbanlı Bakıda "Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə" mövzusunda 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşünün keçirilməsini yüksək qiymətləndirib: "Azərbaycanda konfessiyaların azad şəraiti hamı tərəfindən etiraf olunur. Azərbaycanda müxtəlif dinlərin nümayəndələri, icmalar azad şəkildə fəaliyyət göstərir. AŞ-dən gələn nümayəndələr Azərbaycanda dinlər, dini icmalarla bağlı vəziyyət barədə müsbət fikirdədirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB