"Əslində, bu partiyanın öz daxili işidir. Amma görünən budur ki, Müsavatda bir böhran yaşanır və baş verənlərdən daha az itki ilə çıxmaq üçün müəyyən yollar axtarılır. Görünür, bu səbəbdəndir ki, Divan üzvü Nüşabə Sadıqlı məlum təkliflə çıxış edib". Sözügedən fikirləri SİA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Müsavat Divanının üzvü Nüşabə Sadıqlının partiyanın VIII qurultayında İsa Qəmbərə başqandan da üstün rəsmi post verilməsi təklifinə münasibət bildirərkən deyib.
ADP sədri həmçinin bildirib ki, əgər bu təklif keçərli olsa, bu zaman Müsavat Partiyası öz nizamnaməsində dəyişiklik etməlidir: "Digər tərəfdən, biz daha öncələr də görmüşdük ki, partiyalarından gedən sədrlər daha sonra həmin təşkilatların lideri statusunu alırlar. Bu, vaxtilə Etibar Məmmədovun sədri olduğu AMİP-də də olub, Lalə Şövkət Hacıyevanın rəhbəri olduğu ALP-də də! İndi yəqin ki, Müsavat Partiyası da İsa Qəmbərlə bunu etmək istəyir. Ancaq bunu etmək üçün partiyanın nizamnaməsində hökmən dəyişiklik edilməlidir. Yəni Müsavat Partiyasının nizamnaməsi mütləq dəyişdirilməlidir".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB