BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyev ilə görüş keçirəcəklər

BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyev ilə görüş keçirəcəklər

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Ermənistan silahlı qüvvələrinin girov götürdüyü azərbaycanlılar - Dilqəm Əsgərov və Şahbaz Quliyev ilə görüş keçirəcəklər. SİA-nın xəbərinə görə, BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

O bildirib ki, görüşün tarixi barədə hələlik məlumat verilmir: "Bu barədə yalnız görüş baş tutduqdan sonra məlumat veriləcək. Qaydalar belədir. Yalnız görüş baş tutduqdan sonra onun haqqında məlumat veriləcək. Görüş zamanı girovlar ailələrinə məktub da yaza bilərlər".

Bütün xəbərlər Facebook səhifəmizdə