AMİP-dən GAP-a Leyla Yunusla bağlı ETİRAZ

Əli Orucov: “Bu cür ucuz ajiotajlar yaratmağın yeri deyil”
AMİP-dən GAP-a Leyla Yunusla bağlı ETİRAZ

"Bu gün müəyyən cinayətlərdə adları hallanan insanlar haqqında istintaq aparılır, araşdırmalar gedir və bu istintaq yekunlaşmadan, həqiqət üzə çıxmadan bu cür hay-küy salmağı heç də normal qarşılamıram". Sözügedən fikirləri SİA-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü Əli Orucov Gələcək Azərbaycan Partiyasının (GAP) təşəbbüsü ilə Leyla Yunusa Nobel mükafatı verilməsi təklifinə və həmin təklifi dəstəkləyən tərəflərə münasibət bildirərkən deyib.

AMİP rəsmisinin sözlərinə görə, Nobel mükafatı hər adama verilmir: "Bu mükafatı qazanmaq üçün gərək beynəlxalq aləmdə tanınasan. Eyni zamanda göstərdiyin fəaliyyət də dünya miqyasında olmalı, beynəlxalq aləmə fayda verməlidir. Ancaq GAP-ın təklif etdiyi adamın fəaliyyətində bunu görmürük. Bu gün GAP-ın bu kimi ağılasığmaz təklifini dəstəkləyənlər Azərbaycanın inkişafına heç bir səmərə verməyən insanlardır. Ona görə də bütün bunları real olaraq qəbul etmək düzgün olmazdı".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə