"Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayılla Günel Mövlud və Əli Əkbər arasında yaşanan qalmaqala "Yeni Müsavat" qəzeti də qarışıb. SİA-nın məlumatına görə, Xədicə İsmayıla telefon zəngi edərək, qalmaqalla bağlı açıqlama almaq istəyən jurnalistin sualları cavabsız buraxılıb.
Daha sonra isə Xədicə İsmayıl fecebookdakı profilində "Yeni Müsavat" qəzetini təhqir edərək, onu ucuz şou yaratmaq istədiyini yazıb. "Azadlıq" radiosunun təmsilçisi "Yeni Müsavat" qəzetini dolayısı ilə hakimiyyətə işləməkdə ittiham edib və ucuz adlandırıb: ""Yeni Müsavat"dan zəng eləmişdilər. Əli Əkbərə cavab verməyimi istəyirdilər. Dedim onunla mükamiləyə girmirəm. Layiq saymıram. Hər şey bir tərəfə, ciddi mövzulardan, hökumətdən yaza bilməyən qəzetlərin belə ucuz qalmaqalla səhifə doldurması da təbiidir".
Xatırladaq ki, ətrafında qalmaqallar yaradan Xədicə İsmayıl facebook statusunda Günel Mövludun rəhbəri olduğu meydan.tv layihəsində yazar Əli Əkbərin "Qrantyeyənlər" yazısına dəstək verməsindən hiddətlənərək qarşı tərəflə əlaqələrini kəsdiyini yazmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB