Elçin Mirzəbəyli: “Azərbaycanın Türkiyədən hər zaman gözləntiləri var”
"Rəcəb Tayyib Ərdoğan baş nazir olanda digər dövlətlərlə, o cümlədən Azərbaycanla münasibətləri hansı istiqamətdə inkişaf edirdisə, yeni baş naziri Əhməd Davudoğlunun dönəmində də həmin istiqamətdə inkişaf edəcək". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli deyib.
E. Mirzəbəyli bildirib ki, Əhməd Davudoğlu baş nazir, Rəcəb Tayyib Ərdoğan prezident olsa da Türkiyənin idarəçiliyində ciddi bir dəyşiklik baş verməyib: "Türkiyədə prezidentin səlahiyyətləri artdıqdan sonra bütövlükdə idarəçilik Rəcəb Tayyib Ərdoğanın nəzarətinə keçəcək. İndiki şəraitdə, hətta prezidentin səlahiyyətləri artırılmadan da dövlətin əsas funksiyalarının nəzarətini də o həyata keçirəcək. Əhməd Davudoğlu isə hazırki şəraitdə icraçıdır".
Sədr müavini həmçinin Ərdoğanın Azərbaycana səfərindən gözləntiləri barədə də danışıb: "Azərbaycanın Türkiyədən hər zaman gözləntiləri var. Xüsusilə Ermənistanın işğalçılıq siyasətinə son qoyması məsələsində daha birmənalı mövqe sərgiləməsi və regiondakı imkanlarından istifadə edərək bu istiqamətdə daha aktiv siyasət yürütməsi kimi məsələlərin müzakirəsi gözləniləndir. Bu səfərlərin ənənəvi xarakter daşıması iki ölkə arasında münasibətlərin göstəricisi kimi dəyərləndirilməlidir. Bu ənənə əslində bir çox dövlətlərə mesaj kimi qəbul olunmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB