"Baş verən hadisələrə qəti olaraq hər hansı bir münasibət bildirmək istəməzdim". Bu fikirləri SİA-ya açıqlamasında Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli Müsavat Partiyasının 18 avqustda keçirilən iclasında baş verən qalmaqallı hadisələrə fikrini bildirərkən deyib.
Partiya sədri qardaşı, Müsavat Partiyası Mərkəzi Aparatının rəhbəri Arif Hacılının partiya başqanlığına namizədliyi ilə bağlı AXCP-nin "Bizim yol" qəzeti vasitəsilə təxribat törətdiyi iddiasını da dolayısı ilə istisna etməyib. Vaqif Hacıbəyli bildirib ki, əslində, hər kəs baş verənləri görür və qiymətləndirir: "Hədəf kimdir və kimlərdir, ortada hansı məqsədlər varsa, açıq şəkildə göz önündədir. Mən məsələləri şərh etsəm, qardaşımdır deyə bunu başqa cür anlayarlar. Ona görə də hələlik, geniş şərh vermək fikrində deyiləm".
Partiya sədri müxalifət düşərgəsində baş verən hadisələrlə bağlı fikir ayrılıqlarının və intriqaların mövcud olduğu fikrinə dair bildirib ki, əgər siyasi düşüncələrin fərqliliyi varsa, fikir ayrılıqlarının olması da qaçınılmazdır.
Vaqif Hacıbəyli həbs olunan hüquq müdafiəçiləri ətrafında yaradılan və ayrı-ayrılıqda fəaliyyət göstərən Müdafiə Komitələrindən hansına üstünlük verdiyini də deyib. O, bu komitələrdən Müsavat başqanı İsa Qəmbərin təşəbbüsü ilə yaradılan komitəyə üstünlük verdiyini gizlətməyib: "Mən bu sahə ilə həmişə məşğul olumuşam. Sadəcə səhhətim həmin tədbirlərdə iştirak etməyimə imkan verməyib. Mən cəmiyyətə də açıqlamışam ki, səhhətim düzələn kimi Müsavatın təşəbbüsü ilə yaradılan Müdafiə Komitəsinin işlərində iştirak edəcəm".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB