Naxçıvanda Bilik Fondu və Multikulturalizm Mərkəzi yaradılacaq

Naxçıvanda Bilik Fondu və Multikulturalizm Mərkəzi yaradılacaq

"Naxçıvanda Bilik Fondu və Multikulturalizm Mərkəzi yaradılacaq. Ölkə başçısının 2014-cü il 7 və 15 may tarixli fərmanlarına əsasən Prezident yanında Bilik Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Artıq Bilik Fondu formalaşma prosesini tamamlayıb, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması istiqamətində işlər davam etdirilir". SİA-nın xəbərinə görə, bunu millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev deyib.

"Bizim müxtəlif ideoloji istiqamətlərdə gördüyümüz işlərin sırasında elələri var ki, onlar bu qurumlar vasitəsilə daha sistemli həyata keçiriləcək və azərbaycançılıq ideologiyasının təbliğində öz rolunu oynayacaq",- deyən Kamal Abdullayev qeyd edib ki, bu fəaliyyət həm də dövlətçiliyimizin möhkəmləndirilməsinə yönələcək, eyni zamanda milli, mədəni, tarixi, dini məsələlərdə faydalı nəticələrini verəcək: "Ölkəmizin bir çox regionlarında olduğu kimi, qədim Naxçıvan torpağında da yaradılacaq Bilik Fondu və Multikulturalizm Mərkəzi burada yerli ziyalıların, yeniyetmələrin, gənclərin iştirakı ilə milli-mənəvi dəyərlərimizin öyrənilməsi, təşviq edilməsi istiqamətində faydalı işlər görəcək. Bilik Fondu bu il öz fəaliyyətinə Bilik günündə başlayacaq. Fəaliyyətlə bağlı artıq bir çox layihələr mövcuddur. Tədrislə, təhsillə, mədəniyyətlə bağlı tədbirlər bir sıra məktəblərdə il boyu həyata keçiriləcək. Bununla bizim gənclərimizin, yeniyetmələrimizin fəallığı artacaq, onların fəaliyyətləri daha mənalı olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə