Emin Hüseynov ABŞ səfirliyində GİZLƏNİR?

Diplomatik mənbələr bu məlumatı təsdiq edir
Emin Hüseynov ABŞ səfirliyində GİZLƏNİR?

"Emin Hüseynov ABŞ-ın Azərbaycandakı səfirliyi ərazisində gizlənir. O, Reportyorların Azadlığı və Təhlükəsizliyi institunun ofisində axtarışın başlandığını eşidən kimi Amerika səfirliyinə doğru istiqamət alıb". SİA rusdilli haqqın.az saytına istinadən xəbər verir ki, bu barədə diplomatik missiyanı təmsil edən mənbə xəbər verib.

Xatırladaq ki, radikal müxalifətə yaxınlığı ilə seçilən mətbu orqanlar guya Emin Hüseynovun həbs olunduğunu və bu həbsin ictimaiyyətdən gizlədildiyini iddia edirdi. Lakin bu məlumatın ortaya çıxması həmin iddiaların qeyri-gerçək olduğunu sübuta yetirir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə