"Soçi görüşü birbaşa nəticəyə yox, cəbhə xəttində yaranan gərginliyi nizama salmağa hesablanmışdı". Bunu SİA-ya millət vəkili, politoloq Rasim Musabəyov Soçi görüşünün nəticələrini şərh edərkən deyib.
"Əvvəllər də Rusiya prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri arasında görüş keçirilib. Bu format bərpa olunub yoxsa olunmayıb, məqsədə çatılıb yoxsa çatılmayıb bunu biz cəbhə xəttindəkı vəziyyətdən və danışıqların sonrakı mərhələsinin aparılmasında müşahidə edəcəyik. Hesab edirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından bu formatın nəticə verəcəyi inandırıcı deyil. Odur ki, cəbhə xəttində atəşkəsin müvəqqəti və ya davamlı olacağını söyləmək çətindir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB