Rasim Musabəyov: “Azərbaycan silahlı qüvvələrinə arxalanır”

Rasim Musabəyov: “Azərbaycan silahlı qüvvələrinə arxalanır”

"Azərbaycan kifayət qədər öz silahlı qüvvələrinə arxalanır və ordumuz işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir". Bunu SİA-ya millət vəkili, politoloq Rasim Musabəyov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dünən cəbhə bölgəsinə şəfərini şərh edərkən deyib.

R.Musabəyov bu səfərin lazımi məqamda baş tutduğunu deyib: "Ali Baş Komandan İlham Əliyevin cəbhə bölgəsinə getməsi, orada hərbiçilərlə görüş və operativ müşavirə keçirməsi Azərbaycan vətəndaş üçün vacib idi. Eyni zamanda bu səfər həm ermənilərə, həm onları himayə edən tərəflərə nümayiş xarakteri daşıyırdı".

Soçi görüşü barədə fikirlərini bölüşən politoloq deyib ki, bu görüşdə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə ümid yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə