Böyük Britaniya XİN bu günlərdə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində zorakılığın artması ilə əlaqədar narahatlığını ifadə edib. SİA-nın məlumatına görə, bu barədə Nazirliyin yaydığı rəsmi bəyanatda deyilir. Bəyanatda bildirilir ki, Böyük Britaniya Ermənistan və Azərbaycanı gərginliyin azaldılması üçün dərhal tədbirlər görməyə və 1994-cü ildən qüvvəyə minən atəşkəs haqqında sazişə hörmət etməyə çağırır.
Bəyanatda deyilir: "Biz hər iki tərəfdən adamların ölməsi faktlarından dərin kədərləndik. Biz tərəfləri ATƏT-in Minsk qrupu ilə sülh sazişinin hazırlanması üzrə işləməyə çağırırıq".
Qeyd edək ki, erməni silahlı qüvvələri son dövrlər cəbhə xəttində atəşkəs rejimini daha intensiv pozur. İyulun 31-dən avqustun 1-nə keçən gecə isə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Digər kəşfiyyat-təxribat cəhdi isə avqustun 1-dən 2-nə keçən gecə baş verib. Lakin Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində hər iki təxribatın qarşısı alınıb. Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB