XİN şəhidlərimizin valideynlərinə baş sağlığı verib

XİN şəhidlərimizin valideynlərinə baş sağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Vətən uğrunda canlarından keçən şəhidlərimizin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verib. O, bu barədə öz "facebook" səhifəsində məlumat paylaşıb.

Məlumatda qeyd edilir: "Allah rəhmət eləsin Şəhidlərimizə! Onların Vətənə olan sevgisi və bu yolda canlarını fəda etməsi hər birimiz üçün örnəkdir".

Qeyd edək ki, işğalçı Ermənistan Respublikasının Silahlı Qüvvələri son günlər fəallaşaraq Ermənistan-Azərbaycan dövlət sərhəddinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini planlı şəkildə pozaraq Silahlı Qüvvələrimizin mövqelərinə basqın ediblər. Ermənistan ordusunun kəşfiyyat-təxribat qrupları cəbhə xətti boyunca qoşunların təmas xəttini keçməyə cəhd göstəriblər. Silahlı Qüvvələrimizin bölmələri düşmənin bütün həmlələrini dəf edib, şiddətli döyüşlər nəticəsində ermənilər xeyli itki verərək geri çəkilməyə məcbur ediliblər. Nəticədə 3 gün ərzində gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 8 nəfər hərbi qulluqçusu həlak olub. Qarşı tərəfdən is 51 erməni məhv edilib, 35-i yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə