Elşən Musayev: "Azərbaycan Leyla Yunusun arzuladığı "format"da deyil"
"Leyla və Arif Yunusovlar hüquq müdafiəçisi adı altında maskalanmış, cəmiyyət və dövlət üçün son dərəcə təhlükəli olan biriləridir". Bunu Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev deyib.
E.Musayev əlavə edib ki, Leyla Yunus və bu anti-azərbaycanlı xanımın həyat yoldaşı Arif Yunusun istintaqa cəlb edilməsi, onların cinayət məcəlləsinin müvafiq maddələri ilə ittiham olunması ortalıqdakı konkret əməli fəaliyyətin, eyni zamanda törətdilən faktiki cinayətlərin məntiqi nəticəsidir: "Və deyim ki, başqa gözlənti də yox idi. Nə cəmiyyət nə də dövlət tərəfindən. O mənada yox idi ki, hər iki şəxs ermənipərəst mövqeyini, üstəgəl törətdikləri əməllərin məzmunu heç bir zaman gizlətməyiblər. Əksinə, bu mövqeni, bu əməlləri hər zaman açıq şəkildə qabardıblar, öz millətinə, öz dövlətinə qarşı apardıqları destruktiv, cinayətkar fəaliyyətlə utanmazca fəxr ediblər. Belə olan halda isə heç şübhəsiz dövlət və hüquq mühafizə orqanları öz tədbirini görməli idi. Və gördü də. Çünki Azərbaycan dövləti Leyla Yunus və onun kimilərin arzuladığı formatda deyil. Çünki, bu dövlət üçün hüquqi nuhulizm, anarxiya anlayışları, eyni zamanda hər kəsin ağlı və zehniyyəti kəsən kimi hərəkət etməsi, cinayət məcəlləsinin maddələrini ayaq altına alması, dövlət maraqlarını da öz şəxsi maraqları kontekstində görməsi qəbuledilməzdir, keçilməzdir, mümkünsüzdür!
Leyla Yunus və Arif Yunus hüquq müdafiəçisi adı altında maskalanmış,eyni zamanda cəmiyyət və dövlət üçün son dərəcə təhlükəli olan biriləridir. Belələrindən isə hər şey gözləmək olar. Və ya onların yalnızca Rauf Mirqədirovun işi ilə bağlı şahid qismində istintaqa dəvət edilməsi yetərli oldu ki,bu insanlar öz günahlarını və cinayətltərini ört-basdır eləmək üçün önləm alsınlar. Əslində aldılar da. Sadəcə öz iradələrindən asılı olmayan səbəblər ucbatından plan yarımçıq qaldı, hüquq-mühafizə orqanları ayıq-sayıq tərpəndilər və xirtdəyinə qədər bataqlığın, qara işlərin içində olan bu ər-arvadın ölkədən qaçışını əngəllədilər. Indi isə prosesin növbəti mərhələsidir.Törədilən cinayətlərin cəza mərhələsi! İfşa mərhələsi! Dövlət və olmayan vicdanları qarşısında cavab vermə mərhələsi!".
Partiya sədri bildirib ki, Leyla Yunus bu dövlətin və bu millətin adına o ləkələrdəndir ki, bütün yaşamı və fəaliyyəti boyu sahib olduğu kimliyin özünüdərk mərhələsinə, səviyyəsinə çatmayıb, uyğun bildiyi, nümayiş elətdirdiyi, sərgilədiyi hər şey Azərbaycan və azərbaycanlı əleyhinə yönəlib: "Bununla bağlı onlarla, yüzlərlə sübut var. Hansı ki, vətənə, dövlətə xəyanət ittihamında həmin sübutlar və faktlar yenidən istintaq orqanlarının araşdırma predmetinə çevrilməlidir. Məsələn, 92-də Müdafiə Nazirliyində İnformatika və Analitika şöbəsinin rəsi işləyərkən yenicə baş vermiş Xocalı soyqırımı haqqında informasiyaları təkzib edən, eyni zamanda həlak olan insanların sayını dəfələrlə azaltmağa cəhd edən və nəhayət həmin dövrün qaynar informasiya müharibəsində erməniyə açıqca və birmənalı dəstək verən insan məhz Leyla Yunus olub! Və ya o dönəmdə Qarabağda keçirilən tədbirlərin birində ermənicə son dərəcə sərbəst danışmasına rəğmən, Azərbaycan dilinə gəldiyində "mən bu dildə yalnız söyüş söyə bilirəm" - ifadəsini işlədən insan da Leyla Yunus olub! Eyni zamanda yaratmış olduğu "İctimai dialoqlar"saytının təqdimatını Bakıda yox, İrəvanda keçirən, həmin saytda işğal olunmuş ərazilərimizi "Dağlıq Qarabağ Respublikası" kimi təqdim edən və nəhayət Azərbaycanın qan yaddaşını erməni gerçəkliyi olaraq bütün dünyaya bəyan edib, həmin şərəfsiz erməninin müdafiəsinə ermənilərin özündən çox qalxan naxələf də Leyla Yunus olub! Və...bunca ard-arda misallar çəkmək olar...
Hələ, üstəlik bu nankor azərbaycanlı törətdiyi cinayətlərə cavab vermək və abırına kor olmaq əvəzinə Beynəlxalq təşkilatları, səfirliklərı və diplomatik korpusları öz oyununa alət eləməyə çalışır.. Təbii, məqsədyönlü və planlı şəkildə. Eyni zamanda tam da absurd bir təxəyyül nümunəsi ilə.Niyə absurd? Çünki, Azərbaycanın daxili işlərinə nəinki diplomatik korpus nümayəndələrin, ümumiyyətlə kimsənin qarışma ixtiyarı yoxdur. Bu, geniş mənada ümumbəşəri dəyərlərə, beynəlxalq hüquqa, dövlətlərin öz üzərində daşıdığı ğhdəliklərə, səfir və səfirliklər haqqda qanuna, müvafiq Beynəlxalq Konvensiyalara - konkret olaraq "Diplomati Xidmət Haqqında"- 1961-ci Vyana Konvensiyasının müddəalarına türklər demiş "hayqırı"dır. Oysa, olmamalıdır belə şeylər! Ələlxüsus da ətraf dövlətlərə illərdir demokratiya və hüquq dərsi keçmə çabasında olan birilərinin timsalında. Çünki, bu gedişlə onların səmimiyyətinə artıq kimsə inanmayacaq. Və...əgər xatırlayırsınızsa, bir müddət öncə Yunus.ailəsinin hövlanək şəkildə ölkədən qaçırılmasına cəhd göstərildi....Təbii bu da sıradan bir hadisə deyildi. Üstəlik həmin vaxt, yəni prosesin icrası zamanı səfirlik nümayəndələri də hava limanına səbəbsiz gəlməmişdilər. Ələlxüsus da Fransa səfirliyinin bu məsələdə canfəşanlığını xüsusi olaraq vurğulamaq yerinə düşər. Fəqət, heç də təəccüblənmədən. Niyə? Ona görə ki, ermənilərin bir nömrəli dostu olan fransızlar çox güman ermənipərəst Leylanı da qorumağı özləri üçün mənəvi borc bilmişdilər. Və ən azından bu məsələdə əllərindən gələni əsirgəmədilər. Və ya yəqin elə bu səbəbdən idi ki, siravi vətəndaşı 5 illik deyil, elə sadəcə 1 illik viza üçün ən az 20-25 gün get gələ salan bir səfirliyin Yunus ailəsinə tanımış olduğu bu ayrıcalıq, yəni onlara 10 dəqiqə müddətinə 5 illik viza verilməsi çox ciddi müzakirə mövzusu olaraq gündəmi zəbt edə bilmişdi. Amma yenə də məqsədlərinə, niyyətlərinə vara bilmədilər. Niyə? Çünki, Yunus və onun himayədarları Azərbaycanı başqa dövlətlərə səhv salmışdılar. Bu dövlətin gücünü, müqtəqilliyini, iradəsini görməzdən keçmişdilər...".
Son olaraq E.Musayev bir məqama da toxunub: "Radikal müxalifətin mövzu ətrafındakı spekulyasiyalarına münasibət bildirmək istəyirəm. Ən çox da ortalıqda bərq vuran şəxs kimdir? – Ehtimal olunan biri – yəni Əli Kərimli. Maraqlı, eyni zamanda gözlənilən idi, deyilmi? Və ya "tay-tayını tapmasa günah vayla keçər "- misalı sanki bu məqam üçün deyilib. Onlar həqiqətən bir-birinə çox bənzəyirlər. Hətta lap çox. Həm ağıl, həm vicdan, həm xislət, həm də fəaliyyət baxımından. Belə olan halda isə düşünürəm, Əli Kərimli Leyla Yunusu deyil, Leyla Yunus Əli Kərimlini gözləməlidir. Öz yanında! Vətənə xəyanət bağışlanmır. Hər kəs öz cəzasını almalıdır və alacaq!".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB