Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) Azərbaycan və Xəzər hövzəsi regionu ilə bağlı elmi tədqiqatların aparılması məqsədi ilə 2014-cü ilin aprel-iyul aylarında birgə proqram həyata keçirib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, proqramda Pakistan, Hindistan və Xorvatiyanın aparıcı beynəlxalq elmi-tədqiqat və beyin mərkəzlərindən üç nəfər tədqiqatçı iştirak etmiş və onlar tərəfindən apardıqları araşdırmaların nəticəsi haqqında təqdimat və məqalələr hazırlanıb.
İştirakçılar proqramı uğurla başa vuraraq müvafiq şəhadətnamələrlə təltif ediliblər.
AİDA və SAM-ın birgə həyata keçirdiyi bu tədqiqat proqramının davam etdirilməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB