İranın Azərbaycandakı səfirliyi media nümayəndələrini təbrik edib. Səfirlikdən SİA-ya verilən məlumata görə, təbrik məktubunda deyilir: "22 iyul Azərbaycanda Milli Mətbuat günüdür. İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi qardaş və qonşu ölkənin mətbuat xadimlərini və KİV nümayəndələrini bu gün münasibətilə təbrik edərək ümidvar olduğunu bildirik ki, iki ölkə arasında hazırki yaxşı əlaqələrin fonunda mətbuat və KİV İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrinin genişləndirilməsi və möhkəmləndirilməsi yolunda özünün misilsiz rolunu uğurla ifa edəcəkdir.
İki ölkənin media sahəsində münasibətlərinin möhkəmlənməsi və KİV nümayəndələrinin iki xalqın dostluğu yolunda müvəffəqiyyət əldə etməsi bizim arzumuzdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB