Arif Hacılıdan Əli Kərimiyə XATIRLATMA

“Əbülfəz Elçibəy ona heç vaxt dəyər verməyib”
Arif Hacılıdan Əli Kərimiyə XATIRLATMA

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı AXCP sədri Əli Kərimliyə AXC-nin mərhum lideri Əbülfəz Elçibəyin sözlərini xatırladıb. SİA xəbər verir ki, Müsavat yetkilisi sosial şəbəkədəki hesabında Elçibəyin Əli Kərimlidən daha çox İsa Qəmbərə üstünlük verdiyini bildirib və qeyd edib ki, Əli Kərimlinin onun qarşısında heç bir dəyəri olmayıb: "Əbülfəz Elçibəy AXC-nin tarixindən danışarkən heç vaxt Əli Kərimlinin adını çəkməyib, ona dəyər verməyib".

Arif Hacılı eyni zamanda AXCP-nin AXC-nin varisi olmasına da şübhə etdiyini bildirib və Müsavat Partiyasının bu varisliyə daha çox haqqı çatdığını iddia edib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə