Müsavat və AXCP arasında “ağılsız” və “mədəniyyətsiz” söhbəti QALMAQAL
AXC-nin 25 illi yubileyindən sonra tədbirlərini ayrı-ayrılıqda keçirən Müsavat və AXCP funksionerləri arasında gedən savaş sosial şəbəkədə davam etməkdədir. SİA-nın əldə etdiyi məlumata görə, Müsavat Partiyasının Məclis üzvü, başqan müşaviri Mustafa Hacıbəyli "facebook"dakı hesabında AXCP sədri Əli Kərimlini "mədəniyyətsiz" olmaqda ittiham edib. Mustafa Hacıbəyli bu ittihamını ADP sədri Sərdar Cəlaloğlunun çıxışının yarıda kəsilməsi və adıçəkilən şəxsin yubiley tədbirini yarımçıq tərk etməsi ilə əlaqələndirib.
Bu ittihamdan sonra "facebook"da olan AXCP-nin Mingəçevir şəhər şöbəsinin sədri Qədir Xudabaxşıyev müsavatçı funksioneri təhqir edib. Belə ki, aralarında mübahisə yaşandıqdan sonra cəbhəçi Mustafa Hacıbəyliyə cavab yazaraq onun Əli Kərimlini "mədəniyyətsiz" adlandırmasını "ağılsızlıq" adlandırıb. O, konkret olaraq müsavatçını "ağılsız"- deyə təhqir edib.
Daha sonra mübahisəyə digər AXCP-çi – partiyanın gənclər komitəsinin üzvü Ramiz Abışlı da qatılıb. O isə bütövlükdə Müsavat Partiyasının üzvlərini başda İsa Qəmbər olmaqla satqınlıqda ittiham edib.
Xatırladaq ki, Müsavat Partiyası Milli Şuranın sıralarını tərk etdikdən sonra hər iki siyasi təşkilat arasında münasibətlər kökündən pozulub və tərəflər zaman-zaman bir-birlərini ən sərt formada təhqir etməkdən belə çəkinmirlər.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB