"Bu həm də onun təzahürüdür ki, ABŞ-ın bəzi siyasi dairələri artıq ağlını itirib". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə USAID-in (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) Azərbaycanda müstəqil medianın inkişafı üçün ayırdığı 2,4 milyon dollarlıq qrant müsabiqəsində pulun "Azadlıq Radiosu"nun əməkdaşı Xədicə İsmayılovaya ötürülməsi və onun bunun müabilində yeni media yaradaraq "beşinci kolonu" hərəkətə keçirməsi ilə bağlı informasiyalara münasibətini bildirərkən deyib.
ASDP sədri qeyd edib ki, ABŞ bu kimi təşkilatlar vasitəsilə 5 milyard dollar xərcləyir ki, Ukraynada siyasi maraqlarını təmin etsin. Nəticədə Krım da peşkəş olundu Rusiyaya. Gah ərəb ölkələrində milyardrlar xərcələyir ki, Əl Qaidə gəlsin hakimiyyətə və ən böyük mütəfiqi olan İsrail zərbə altında qalsın. Gah da böyük pullar xərcləyir ki, nəticədə İraqda hakimiyyətə radikal islamçılar gəlsinlər: "İndi də Azərbaycanda vücudu beş qəpiyə dəyməyən bir adama 2 milyion yarım dollar pul xərcləyirlər ki, onun vasitəsilə ölkədə qarışıqlıq yaradıb, öz siyasi maraqlarını təmin etsinlər. Ona görə də bunlar həqiqətən də ağıllarını itiriblər. Çünki əvvəllər də bunlar heç də ağıllı deyirdilər. Gah İsa Qəmbərə, gah Əli Kərimliyə, gah da digərlərinə pullar xərcləyirdilər. Bu onu göstərir ki, həmin siyasi fahişəlik bu gün də davam edir və bu fahişəliyə cavab verən admaları da Azərbaycanda axtarıb tapırlar. Yazıq və kül olar bu xalqın başına ki, onların başında Xədicə İsmayılova kimi adam getsin. Ancaq düşünmürəm ki, kimsə onun arxasınca gedə bilər.
Beləliklə, bunlar pullarını göyə sovurmuş olurlar. Yəni belə nəticəyə gəlmək olar ki, ABŞ USAID kimi təşkilatlar vasitəsilə və Xədicə İsmayılovanın vasitəsi ilə Amerika iqtisadiyyatına zərbə vururlar".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB