Tənzilə Rüstəmxanlı: “Elə hüquq müdafiəçilərimiz var ki, onlar ermənilərin hüquqlarını qoruyurlar” MÜNASİBƏT

Tənzilə Rüstəmxanlı: “Elə hüquq müdafiəçilərimiz var ki, onlar ermənilərin hüquqlarını qoruyurlar” MÜNASİBƏT

"Kəlbəcər Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş bir torpağıdır. Bu baxımdan, vətəndaşlarımızın o torpaqlara getməsində heç bir qüsur görmürəm". Bu fikirləri SİA-ya açıqlamasında Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Kəlbəcər sakinlərinin erməni silahlı qüvvələri tərəfindən tutularaq, onları diversant kimi təqdim etmələrinə, eləcə də onlara işgəncə vermələrinə münasibətini bildirərkən deyib.

Azəri Türk Qadınlar Birliyinin sədri eyni zamanda bildirib ki, bu gün ermənilərin onlara diversant adı qoymaları əslində, ermənilərin xislətlərini daha açıq-aydın göstərir: "Onların özləri də yaxşı bilirlər ki, diversant da, separatçı da, işğalçı da elə özləridir. Yəni bizim vətəndaşlarımızın o torpaqlara getməyə hüququ var. Ona görə də onların başına qara torba geyindirmək, əsir almaq, başlarına silah dirəmək, döymək, təhqir etmək ermənilərin iç üzünü göstərir. 21-ci əsrin başında Ermənistan hələ də orta əsrlərdəki davranışını davam etdirmək yolunu tutub. Bizim hər birimiz bilirik ki, erməni vəhşiliyi nədir, erməni işgəncəsinə məruz qalmaq nədir və onu da yaxşı bilirik ki, ermənilərin körpələrə qarşı işgəncə yapacaq qədər vəhşilik xislətləri mövcuddur".

Tənzilə Rüstəmxanlı həmçinin bildirib ki, bu gün Azərbaycanda mövcud olan ermənilərə qarşı bu kimi tədbirlər heç vaxt görülməyib və hətta elə hüquq müdafiəçiləri də var ki, həmin ermənilərin hüquqlarını qoruyur, onların Azərbaycana geri dömələri üçün fəaliyyət göstərirlər: "Bu gün hətta evlərini dəyişərək Ermənistana və ya başqa ölkələrə köçüb gedən ermənilər var ki, bizim bəzi hüquq müdafiəçilərinin vasitəsilə Azərbaycandan kənarda Azərbaycan dövlətinin, millətinin əleyhinə işlər aparırlar. Hətta elə ermənilər var ki, məhz belə hüquq müdafiəçilərinin dəstəyi ilə buraya gəlir, vaxtilə yaşadıqları evləri geri alırlar. Hətta elə ermənilər də var ki, onlar uzun illərdir burada yaşayırlar və onlara "gözün üstündə qaşın var" deyən yoxdur. Çünki Ermənistandan fərqli olaraq, Azərbaycan tolerant bir ölkədir. Ümumiyyətlə, Azərbaycanın paytaxtı Bakı hər zaman beynəlxalq şəhər olaraq tanınıb".

Tənzilə Rüstəmxanlı onu da qeyd etdi ki, Ermənistan təkcə Qarabağda işgəncələr törətmir: "Eyni zamanda bu gün də əsirlərimizin olduğu bu ölkədə kifayət qədər işgəncələr törədilir. Ona görə də beynəlxalq aləm artıq öz qəti sözünü deməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə