Azərbaycanda Ramazan bayramı ilə əlaqədar 28-29 iyul tarixləri qeyri-iş günüdür. Nazirlər Kabinetindən SİA-ya verilən məlumatına görə, rəsmi olaraq dövlət qurumlarında 2 gün qeyri-iş günü olacaq.
Bayram günləri həftənin bazar ertəsi və çərşənbə axşamına təsadüf etdiyindən şənbə-bazar günləri işləməyən müəssələrdə 4 gün iş olmayacaq.
Qeyd edək ki, iyulun 26-27-si həftənin şənbə və bazar gününə təsadüf edir. Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB