ATƏT-in Amerikalı həmsədri Ceyms Uorlik ATƏT-in Minsk qrupu ölkələrin Dağlıq Qarabağ münaqişəsində sülhü dəstəkləmək məqsədilə birgə işləmək üçün ortaq fikirdə olduqlarını açıqlayıb. SİA- bu barədə amerikalı həmsədrin "Twitter" səhifəsinə istinadən xəbər verir.
"ATƏT-in Minsk qrupunun həmsədr ölkələri - ABŞ, Rusiya və Fransa Dağlıq Qarabağ münaqişəsində sülhü dəstəkləmək məqsədilə birgə işləmək üçün ortaq fikirdədirlər"- deyə, Uorlik qeyd edib.
O əlavə edib ki, münaqişənin həlli mümkündür.
Amerikalı həmsədr səhifəsində hazırda Varşavada olduğunu da açıqlayıb.
Xatırladaq ki, həmsədr bir neçə gün bundan əvvəl öz səhifəsində ATƏT-in həmsədrləri ilə münaqişənin həlli ilə bağlı növbəti addımları müzakirə etmək üçün ölkəsini tərk etdiyini qeyd etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB