Serjik Argentinadan sonra Uruqvayda RÜSVAY OLDU

Erməni prezidenti dünyanın ən kasıb dövlət başçısından pul dilənib

Ermənistan prezidenti Serj Sarkisyan Argentina fiaskosundan sonra Uruqvayda da rüsvayçılıq yaşadı. SİA haqqin.az saytına istinadən xəbər verir ki, dünyada ən kasıb dövlət başçısı hesab edilən Uruqvay prezidenti Muxika Kordano da argentinalı həmkarı kimi erməni prezidenti ilə görüşməkdən imtina etmişdi. Lakin Serj Sarkisyanın israrı son anda nəticəsini verib və o, Uruqvay prezidenti ilə görüşməyə nail olub.

Məlum olduöu kimi, 78 yaşlı El Pepe (jerli əhali onu belə adlandırır) digər dövlət başçıları kimi prezident sarayına malik deyil və kişik kənd evində yaşayır. Uruqvay KİV-lərinin yazdığına görə, prezident içməli suyu belə, həyətindəki su quyusundan götürür.

Lakin bütün bunlara baxmayaraq, S.Sarkisyan Uruqvay preizdentinə əl açaraq, erməni iqtisadiyyatına investisiya yatırtmağı xahiş edib. Bununla da Ermənistan rəhbəri dünyanın ən kasıb prezidentinə kömək üçün yalvarıb.

Erməni prezidentinin kasıb Uruqvay prezidenti qarşısında dilənçilik etməsi isə qondarma erməni soyqırımının 100 illiyi ərəfəsində pul toplamaq məqsədi daşıyır.

Beləliklə, Serj Sarkisyanın latın amerikası səyahətindəki mövcud rüsvayçılığı bir daha sübut edib ki, Ermənistanın dünya arenasındakı mövqeləri olduqca zəif və yararsızdır və onun ölkəsini heç bir dövlət ciddi olaraq qəbul etmir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə