ABŞ-ın peşəkar jurunalist təşkilatları prezident Barak Obamanın administrasiyasını sərt şəkildə tənqid ediblər. Onlar iddia ediblər ki, amerika hökuməti siyasi motivdə olan informasiyaları sıxışdırır.
SİA-ya daxil olan mlumata görə, ABŞ KİV-lərinin təmsil olunduğu 38 müxtəlif təşkilat Obamaya yazdıqları məktubda qeyd ediblər ki, informasiyalara səddin qoyulması artıq kritik həddədir. Hansı ki, Barak Obama seçkiləröncəsi kampaniyada bəyan etmişdi ki, açıq və şəffaf media üçün nə lazımdırsa edəcək.
"Washington Examiner" isə yazır ki, Amerika prezidenti KİV-in daha şəffaf fəaliyyət göstərməsi üçün tədbirlər görməli olduğu halda lobbi qruplarına, maraqlı və imkanlı şəxslərə yol açıb.
Jurnalistləri eyni zamanda həmin məktubda qeyd ediblər ki, ABŞ hökumətində işləyən dövlət qulluqçularına onlarla təmasda olmaq qadağan edilib. Həmçinin bildirilib ki, jurnalistlərin verdikləri suallar cavabsız qalır və əgər jurnalist tənqidi fikir səsləndirirsə, onların adları qara siyahıya salınır.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB