"Ermənistan Prezidenti deyəsən həm ölçü hissini, həm də nüfuzunu tamam itirib". SİA-nın xəbərinə görə, bu sözləri Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz "Twitter" səhifəsində yazıb.
PA rəsmisi qeyd edib ki, Ermənistan Prezidentinə regionumuzda olan münasibət Argentinada da göstərildi.
"Buenos-Ayresdə də özünü İrəvandakı kimi hiss edərək hamının onu qarşılayacağını düşünüb. Amma bu, belə olmadığı üçün erməni əsilli argentinalı sahibkar Eduard Ernekyana şikayət edib",- deyə Novruz Məmmədov qeyd edib.
Qeyd edək ki, yerli KİV-lərin yazdığına görə, Argentinanın Prezidenti ilə görüşmək üçün Sarkisyan və nümayəndə heyəti üç saat hoteldə gözləyib. Amma sonda onlara bildirilib ki, prezident özünü yaxşı hiss etmir və görüşmək istəmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB