Bu gün "Müdrik müəllimimiz. Zahid Qaralov-80" adlı kitabının təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, yeni kitab YAP İdarə Heyətinin üzvü, görkəmli alim, pedaqoji elmlər doktoru, professor, Moskvadakı Beynəlxalq Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki, tanınmış ictimai-siyasi xadim Zahid Qaralovun anadan olmasının 80 illik yubileyinə həsr edilib. Kitab "Təhsil" nəşriyyatının mətbəəsində yenicə çapdan çıxıb.
Yeni nəşrdə yer alan yazılarda Zahid Qaralovun bioqrafiyası, həyat yolu, 60 illik elmi-pedaqoji, ictimai-siyasi fəaliyyətinin əsas parametrləri öz əksini tapıb. Kitab Ulu öndər Heydər Əliyevin 1999-cu il iyulun 10-da Zahid Qaralovun anadan olmasının 65-ci ildönümü münasibətilə yubilyara ünvanladığı təbrik məktubu ilə açılır. Ardınca səbəbkarın 1992-ci ilin avqustun 27-də "SƏS" qəzetinə verdiyi "Heydər dağına kölgə salmaq olmaz" adlı müsahibəsi yer alıb.
Nəşrə "Ön söz"ün müəllifi olan yubilyar yazır: "Mən çox sadə, adi həyat yaşamışam. Alimlərdən, ictimai-siyasi xadimlərdən, həyat hadisələrindən dərs almışam və bu dərsləri özümdən sonra gələnlərə doğru-düzgün ötürməyə çalışmışam. Keçmişimizlə gələcəyimiz arasında möhkəm körpü yaratmışam. Heç kəsi incitməmişəm. Kimə nə etmişəmsə, bunu özümə borc bilib etmişəm. Heç kəs mənə borclu deyil. Təmtəraqlı məclisləri sevməmişəm. Heç vaxt var-dövlət toplamağa meyl göstərməmişəm. Ulu öndər Heydər Əliyevin dediyi kimi, həyatda nəyə nail olmuşamsa, Allahıma, xalqıma və öz zəhmətimə minnətdaram. Mənim ən böyük dövlətim təmiz nəfsli, yüksək mənəviyyatlı, ağıllı övladlarım, qədirbilən alim tələbələrim, müxtəlif kollektivlərdə birgə çalışdığım gözəl insanlar, dostlarım, qohumlarım, Azərbaycan ziyalılarıdır".
Topluda Zahid Qaralovun alim həmkarlarının, tələbələrinin və yaxın dostlarının yubilyar barədə ürək sözlərini, arzu və istəklərini əks etdirən məqalələr toplanıb.
Qeyd edək ki, pedaqogika üzrə fəlsəfə doktoru Sabir Tağıyev, Adilə İbrahimova və Aysel Abdullayeva tərəfindən tərtib edilən bu kitabın elmi redaktoru pedaqogika üzrə fəlsəfə doktoru Gülnarə Qaralovadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB