Mais Səfərli: “Azərbaycanda yeni partiya yaratmaq çox çətin məsələdir” AÇIQLAMA
"Sülhəddin Əkbərin Azad Demokratlar Partiyasının (ADP) sədri seçilməsi Müsavat Partiyasının iflasa uğraması deməkdir". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mais Səfərli Azad Demokratlar Partiyasının təsis qurultayında Sülhəddin Əkbərin partiyanın sədri seçilməsinə münasibət bildirərkən deyib.
Partiya sədrinin sözlərinə görə, heç kimə sirr deyil ki, Sülhəddin Əkbər kimi digər insanlar da Müsavat Partiyasını tərk edib getdilər: "Onlar 1990-cı illərin əvvəllərində Milli Azadlıq Hərəkatının vasitəsilə siyasi həyata satılmış insanlar idi. Sülhəddin Əkbər Müsavat Partiyasını tərk etdikdən sonra digər partiyalara da rəhbərlik etməsinə baxmayaraq onların heç birində uğur qazana bilmədi. Bu gün Azərbaycanda yeni partiya yaratmaq çox çətin məsələdir. Artıq Azərbaycanda siyasi proseslər tam oturuşub. Bir sözlə cəmiyyətin dəstəyini qazanıb və yeni partiya ilə gündəmə gəlmək çətin məslədir.
Bu gün artıq ölkəmizin siyasi həyatında cənab Prezident İlham Əliyev kimi çox nəhəng bir siyasətçi var. Təbii ki, belə bir siyasətçinin mövcud olduğu ölkədə ona müxalif yeni bir partiya yaratmaq qeyri-mümkündür. Bu mənada düşünürəm ki, digər partiyalar kimi ADP də cəmiyyətdə elə bir güclü rola malik olmayacaq. Çünki Azərbaycan cəmiyyəti artıq öz seçimini edib və onlar dövlət başçısının apardığı uğurlu siyasəti dəstəkləyir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB