"Leyla Yunus simasını, ləyaqətini, mənliyini ümumiyyətlə insan kimi obrazını itirmiş biridir. Azərbaycan cəmiyyətində Leyla Yunus kimi satqın insanların yeri ola bilməz". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Sülh və Demokratiya İnstitunun (SDİ) Bakı ofisinin rəhbəri Leyla Yunusun istintaqın çağırışına məhəl qoymamasına və dövlət orqanı qarşısında şərt irəli sürməsinə münasibət bildirərkən deyib.
YAP Siyasi Şurası üzvünün sözlərinə görə, Leyla Yunus öz satqın simasını ortaya qoyur və onu qorumağa cəhd edir: "Leyla Yunus hələ Azərbaycan Xalq Cəbhəsi, Müsavat cütlüyünün hakimiyyəti dövründə Müdafiə Nazirliyində çox məsul bir vəzifəni tutmuşdu. Bu insan hətta o illərdə belə, Azərbaycan dövlətinə və xalqına qənim kəsilib. Azərbaycan cəmiyyətinin hər bir üzvü onun yaramaz, ləyaqətsiz və şərəfsiz insan olduğunu çox yaxşı bilir.
Leyla Yunus tarixən yarıtmaz insan olub. Bu insan dünyanın bir çox ölkələrində bəzi xırda erməni və ermənipərəst, anti-Azərbaycan qüvvələrin əlində alət rolunu oynayır. Təbii ki, belə yaramaz insanlar Azərbaycanın bu qüdrətinə, gücünə heç vaxt zərrə qədər də xələl gətirə bilməz. Hesab edirəm ki, bu insanın hər bir əməlində cinayət tərkibi var. Bu şəxs bütün hallarda Azərbayanı nüfuzdan salmağa cəhd göstərir. Leyla Yunus qanun qarşısında birmənalı şəkildə cavab verməlidir. Bu insan bəd əbəlləri ilə gündəmdə qalmağa çalışır. Lakin hüquq-mühafizə orqanları bununla bağlı lazımi addımlar atmalıdır. Azərbaycan xalqı, dövləti, Vətənini sevən hər bir vətəndaş bu insanlara öz yerini göstərməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB