"Müsavat Partiyası Milli Şuranı tərk edəndə göstərdiyi əsaslardan biri də adıçəkilən qurumun fəaliyyətinin başa çatması ilə bağlı oldu. Odur ki, insanlar fəaliyyətini başa vurmuş Milli Şurada təmsilçiliyi faydalı görmürlər". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı Sülhəddin Əkbər tərəfindən yaradılmış Azad Demokratlar Partiyasının (AzDP) tərəfdarları ilə birgə Milli Şuradan ayrılması bəyanatına münasibətini bildirərkən deyib.
Müsavat rəsmisinin fikrincə, AzDP sədri daha faydalı bir qurumlarda, təşkilatlarda fəaliyyət göstərmək üçün oradan ayrılmaq qərarına gəlib: "Bildiyim qədər Sülhəddin bəy də öz çıxışında bildirib ki, onun hədəflərindən biri də parlament seçkilərinə qatılmaqdır. Ona görə də bu addımı atmaq, yəni Milli Şuradan çıxmaq qərarı Sülhəddin bəyin haqqı idi və o, bu addımdan doğu şəkildə istifadə etdi. Sadəcə olaraq onu da qeyd etmək istərdim ki, zamanında Müsavatın bu kimi rasional addımı atması bir çoxları tərərifndən qınanıldı. Hansı ki, qınayan tərəflərin çoxu da artıq Milli Şurada təmsil olunmur. Ona görə də düşünürəm ki, Müsavat Partiyasının vaxtilə Milli Şuranı tərk etməsi bu gün də sübut edilir ki, çox doğru addım olub".
Tural Abbaslı gələcəkdə təmsil olunduğu siyasi təşkilat ilə AzDP arasındakı əməkdaşlıq məsələsinin mümkünlüyünə də toxunub. O, qeyd edib ki, əgər AzDP Rəsulzadə-Elçibəy yolu ilə gedərsə, onda hər hansı bir təklifi nəzərdən keçirmək olar: "Müsavat Partiyası Rəsulzadə-Elçibəy yolunun davamçısı olduğu siyasi təşkilatlarla əməkdaşlıq etməkdə maraqlıdır. Yəni gələcəkdə Sülhəddin bəy partiya sədri olaraq Müsavata əməkdaşlıq üçün müraciət edərsə, hər iki partiya bir araya gələrək, zamanına görə qərar verə bilər".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB