Qarabağ münaqişəsi Almaniyada müzakirə olunacaq

Qarabağ münaqişəsi Almaniyada müzakirə olunacaq

Milli Məclisin deputatları Almaniyaya səfərə gedib. Milli Məclisdən SİA-ya verilən məlumata görə, Azərbaycan Milli Məclisinin üzvləri Fuad Muradov və Rövşən Rzayev Avropa Geosiyasi Forumunun Berlində keçirilən "Cənubi Qafqaz Dialoqu: Maraqlı tərəflərin ikinci məsləhət mərhələsi" adlı konfransında iştirak etmək üçün Almaniyaya səfərə gediblər.

İyulun 7-9 tarixlərində keçiriləcək toplantıda "Cənubi Qafqazda nələr ola bilər?", "Dağlıq Qarabağ kontekstində sülh quruculuğu vasitəsi kimi iqtisadi təşəbbüslərin tətbiqi" mövzusunda müzakirələr aparılacaq.

Qeyd edək ki, Avropa Geosiyasi Forumu 2010-cu ilin əvvəllərində təsis edilib. Qurumun məqsədi Avropa geosiyasi məkanında qərarların müəyyənləşdirmək və qiymətləndirməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə