Gürcüstan parlamentinin sədri Fəxri Xiyabanda olub

Gürcüstan parlamentinin sədri David Usupaşvili Azərbaycana səfəri çərçivəsində Fəxri Xiyabanda olub. Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edən qonaq həmçinin Şəhidlər Xiyabanında da olub. Azərbaycanın müstəqilliyi uğrunda canından keçən qəhrəmanların məzarını ziyarət edən Gürcüstan parlamentinin spikeri onların məzarına çiçəklər düzüb.

Xatırladaq ki, Gürcüstan parlamentinin sədri David Usupaşvili ötən gün ölkəmizə səfərə gəlib. Spikerin Azərbaycan Parlamentinin sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmilərlə görüşü nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...