ATƏT Parlament Assambleyasının "Helsinki+40: Hər kəs üçün təhlükəsizliyə doğru" devizi altında iyirmi üçüncü illik sessiyası bu gün öz işini ikinci sessiya üzrə Demokratiya, İnsan hüquqları və humanitar məsələlər üzrə ümumi komitənin iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda gündəlikdə duran sənədlərin əleyhinə və lehinə səsvermə keçirilib. Ümumilikdə 45 düzəliş müzakirəyə çıxarılıb amma onların bir hissəsi qəbul edilməyib.
Portuqaliyanın ATƏT Parlament Assambleyasındakı deputatı xanım İzabel Santasın sədrliyi ilə keçirilən demokratiya, insan hüquqları və humanitar məsələlərlə bağlı ümumi komitənin iclasında serbiyalı məruzəçi xanım Cordana Komiçin müəllifi olduğu qətnamə layihəsi müzakirə edilib.
İclasda qətnamə layihəsinə edilən 45 düzəlişə dair fikir mübadiləsi aparılıb. Düzəlişlərdə ATƏT regionunda irqçilik və ksenofobiya hallarının artması, bəzi Avropa dövlətlərində insan hüquqlarının pozulması, məcburi köçkünlərin təhlükəsiz şəkildə öz yurdlarına qayıtmalarının təmin edilməsi, insan alverinə qarşı mübarizədə ATƏT tərəfindən görülən işlər, iştirakçı dövlətlərdə heç bir ayrı-seçkilik olmadan hər kəsə tibbi xidmətlərin göstərilməsi, ayrı-ayrı ölkələrin iqtisadi və sosial sahələrdə islahatlar həyata keçirmələri ilə bağlı məsələlər əksini tapıb.
Həmçinin kompleks miqrasiya islahatları, ATƏT regionunda mədəni mülkiyyətin qorunması, təşkilata üzv ölkələrdə qaçqınların vəziyyəti və digər məsələlərlə bağlı düzəlişlərin olunması təklif edilib. Universallıq prinsipi əsas götürülərək insan hüquqlarının təmin edilməsinin vacibliyi vurğulanıb. Bu prinsipə məhəl qoyulmamasının dövlətlərarası münasibətlərin pozulmasına səbəb ola biləcəyi diqqətə çatdırılıb. Həmçinin xalqlar arasında mehriban münasibətin təşviqinin əsas şərt olduğu qeyd edilib.
Müzakirələr zamanı inteqrasiya proseslərinin Avrasiya məkanına təsiri, ATƏT regionunda təhlükəsizliyin, qarşılıqlı etibarın təmini, iqtisadi artım, eləcə də sabitliyin bərpa olunmasında təhsilin önəmi ilə bağlı fikirlər səsləndirilib.
Qeyd edək ki, ATƏT-in Parlament Assambleyasının Bakıda keçiriləcək illik iclası iyun ayının 28-dən iyul ayının 2-dək davam edəcək. ATƏT PA-da iştirakçı ölkələr 323 deputatla təmsil olunur. İyulun 2-dək davam edəcək sessiyada ümumilikdə təqribən 500 nümayəndənin sessiyaya qatılacağı gözlənilir.
Ermənistan sessiyada 5 deputatla təmsil olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB