Arif Hacılıdan QƏRİBƏ AÇIQLAMA

“Namizədliyimi irəli sürməyəcəyəm”
Arif Hacılıdan QƏRİBƏ AÇIQLAMA

"Qurultayın keçirilməsi ilə bağlı məsələ Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsində, partiyanın Divanında ətraflı müzakirə olunmuşdu". SİA-nın məlumatına görə, bu fikirləri Müsavat Partiyasının başqan müavini Arif Hacılı partiyaya yaxın mətbu orqana siyasi təşkilatın Məclis toplantısında baş verən qarşıdurmalara münasibətini bildirərkən deyib. Partiyanın qurultayının sentyabrın 27-də keçirilməsi qərarının əvvəlcədən razılaşdırıldığını deyən Müsavat rəsmisi təşkilatın gələcəyi ilə bağlı narahat olduğunu da gizlətməyib:"Bütövlükdə partiyanın taleyinin nə cür olacağı, partiyanın rəhbərliyinə hansı şəxslərin gələcəyi, seçki kampaniyasının necə nəticələnəcəyi və s. məsələlər müəyyən gərginlik yaradır. Bu gərginliyin simptomları Məclisin iclasında da görünürdü…".

Arif Hacılı başqanlığa namizədliyini irəli sürməyəcəyi ehtimalını da istisna etməyib. Lakin o, hazırkı başqan İsa Qəmbərin yenidən namizədliyini irəli sürməsi iddialarını anti-demokratik addım kimi qiymətləndirib: "Namizədliyimi irəli sürməməyim mümkündür, bəli... Lakin İsa bəyin namizədliyinin irəli sürülməməsi Azərbaycanda yeni bir demokratik ənənənin başlanğıcı olacaq".

Qeyd edək ki, ötən həftə Müsavat Partiyası Məclisinin toplantısında qurultayın keçirilməsi, eləcə də başqanlıq seçimi ilə bağlı kəskin fikir ayrılıqları yaşanıb və tərəflər bir-birlərini müxtəlif ittihamlarla suçlayıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə