"ATƏT-in münaqişələrin həllində rolu artmalıdır". SİA-nın xəbərinə görə, bu sözləri ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə prezidenti və xarici işlər naziri Didye Burkhalter ATƏT Parlament Assambleyasının Bakıda keçirilən 23-cü sessiyasının açılış mərasimində çıxışı zamanı söyləyib.
Onun sözlərinə görə, bu sahədə ATƏT-in yerlərdəki ofislərinin fəallığının artması vacib olacaq: "ATƏT-i gücləndirmək üçün Helsinki Yekun Aktının prinsiplərinə əməl etmək zəruridir. Avropa Birliyinin Ukrayna, Gürcüstan və Moldova ilə assosiasiya sazişi imzalaması yönündə fəaliyyətini dəstəkləyirəm. Biz gələcək nəsillərin təhlükəsizliyinə nail olmalıyıq. Bunun üçün Qərblə Şərqin ayrılmamasına çalışmalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB