ATƏT PA-nın 23-cü sessiyası öz işinə başlayıb

ATƏT PA-nın 23-cü sessiyası öz işinə başlayıb

"Mənim üçün çox şərəfdir ki, ATƏT-in Parlament Assambleyasının 23-cü sessiyasının açılış mərasimini Azərbaycanda açıq elan edirəm". SİA-nın xəbərinə görə, bu sözləri ATƏT PA-nın prezidenti Ranko Krivokapiç sessiyanın açılış mərasimində çıxış edərkən deyib.

ATƏT PA prezidenti iclasın yüksək səviyyədə təşkil olunmasına görə Azərbaycana, dövlət başçısına təşəkkür edib: "İclasın yüksək səviyyədə təşkil olunmasına görə, sizə minnətdarıq. Ölkə başçısı Prezident İlham Əliyevə və Milli Məclisin sədri Oqtay Əsədova xüsusi təşəkkür edirik ki bizim sessiyada iştirak edirlər".

Qeyd edək ki, Sessiyanın açılış mərasimində Prezident İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, vitse spiker Bahar Muradova və digər rəsmilər iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə