Azərbaycan diplomatiyasının növbəti uğuru MÜNASİBƏT

Prezidenti İlham Əliyevin AŞPA-dakı çıxışı diqqət mərkəzindədir
Azərbaycan diplomatiyasının növbəti uğuru MÜNASİBƏT

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 24-də Avropa Şurası Parlament Assambleyasının Sessiyasında çıxışı zamanı müstəqillik illərində Azərbaycanın inkişaf yolu, ölkəmizin təşəbbüsü ilə reallaşdırılan nəhəng enerji layihələri, dövlətmizin daxili və xarici siyasəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məzmunlu çıxış edib. Prezident AŞPA deputatlarının suallarını da cavablandırıb. Azərbaycan Prezidenti İlham Əliyevin qqətiyyərli çıxışı AŞPA deputatları, ekspertlər, yerli və xarici KİV-lər tərəfindən yüksək qiymətləndirilib. Mövzu ilə bağlı müsahiblərmizə müraciət etdik.

Millət vəkili, professor Musa Qasımlı:

- Cənab Prezident İlham Əliyevin AŞPA-dakı nitqi və suallara verdiyi cavablar müasir Azərbaycan diplomatiya tarixinin qürurverici səhifələrindən biridir. Prezident İlham Əliyev nitqi və cavabları ilə özünün yüksək intellektual səviyyəsini, planetar təfəkkürə malik olduğunu və müasir dövrün görkəmli dövlət xadimlərindən biri olduğunu təsdiqlədi. Prezident İlham Əliyevin davranışı bir çox dövlət adamlarına nümunə idi. Suallara verilən cavablar Prezident İlham Əliyevin dünyada gedən prosesləri mükəmməl şəkildə bildiyini göstərdi. Prezident İlham Əliyev Azərbaycana atılan böhtanlara tutarlı və möhkəm məntiqlə cavab verdi. Hesab edirəm ki, bu cıxış diplomatlar, siyasətçilər tərəfindən geniş öyrənilməli, millətimiz içərisində təbliğ olunmalıdır.

Millət vəkili Jalə Əliyeva:

- Prezident İlham Əliyevin AŞPA-dakı çıxışı və daha sonra bu çıxış ətrafında gedən müzakirələrdə göstərdiyi qətiyyətli mövqe Azərbaycan dövlətinin gücü və qüdrətidir. Yəni Prezident İlham Əliyevin bir mənalı və qətiyyətli şəkildə Avropanın paytaxtlarından birində Avropanın özünün tənqid atəşinə tutması beynəlxalq təşkilatlara Azərbaycana qarşı müxtəlif yanaşma prizmalarından siyasət həyata keçirən Avropa inustutlarını açıq şəkildə tənqid etməsi Azərbaycanın güclənən mövqeyinin göstəricisidir. Ümumiyyətlə, bu gün Azərbaycanın heç kəsdən asılacağı yoxdur. Azərbaycan qüdrətli bir dövlətdir. O cümlədən də, Azərbaycan dövlətinin apardığı uğurlu siyasəti dünyavi bir siyasətdir. Orada baş verənlər müxtəlif müəyyən suallardakı qıcıqlandırıcı məqamlar əlbəttəki, ölkəmizə qarşı həyata keçirilən sapı özümüzdən olan baltaların verdiyi yalnış informasiyalar əsasında özünü büruzə verən müəyyən qısqanclıqlardır ki, biz bunu açıq şəkildə gördük. Nə yaxşı ki, Prezident İlham Əliyevin AŞPA-da bu çıxışı oldu. Bütün dünya sözün əsl mənasında Azərbaycanın haqq səsini eşitdi. Cənab Prezident İlham Əliyev AŞPA-da çox sərbəst şəkildə konkret faktlarla bütün sualların cavabını verdi. Yəni, Prezident İlham Əliyevin Azərbaycana qarşı yönələn və heç bir əsası olmayan iddialardan ibarət olduğunu bir daha ortaya qoydu.

Politoloq Rüstəm Məmmədov:

- Azərbaycanın real mövqeyi AŞPA-nın sessiyasında Prezident İlham Əliyevin vasitəçiliyi ilə çatdırıldı. Bu çox önəmli bir rezonans doğurub. Yəni illərdən bəri, Azərbaycanın məcbur danışmadığı bir mövzunu Prezident İlham Əliyev AŞPA-da qabarıq şəkildə diqqətə çatdırdı. Demək olar ki, burada Azərbaycan təkcə öz mövqeyini nümayiş etdirmədi. Bir sözlə, konkret şəkildə öz mövqeyini sübut edə biləcək səviyyədə çıxışlar etdi. Düşünürəm ki, Prezident İlham Əliyevin bu qətiyyətli, inamlı çıxışı dünyaya böyük əks-səda salıb. Bu da mütləq öz nəticəsini verəcək.

Gülyanə Agakərimova

Bütün xəbərlər Facebook səhifəmizdə