İşğal nəticəsində Azərbaycana dəyən zərərin hesablanması üçün müraciət edilib

İşğal nəticəsində Azərbaycana dəyən zərərin hesablanması üçün müraciət edilib

Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində məruz qalınan itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupunun üzvləri və mütəxəssislərin iştirakı ilə təcavüzü nəticəsində mülki əhaliyə, fauna-floraya, tarix və mədəniyyət abidələrinə dəyən zərərin Beynəlxalq Qiymətləndirmə Standartlarına və İşçi Qrupunun hazırladığı metodologiyaya uyğun olaraq qiymətləndirmə işləri həyata keçirilir. SİA-nın xəbərinə görə, İşçi Qrupunun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, İşçi Qrupu bu məqsədlə işğal ərazisindən qaçqın və məcburi köçkün düşmüş vətəndaşlarımıza, eləcə də dövlət və qeyri-hökumət təşkilatlarına müraciət edib.

Müraciətdə işğal nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatlara görə təzminat almaq hüququnu sübuta yetirmək məqsədilə baza sənədlərinin daha dəqiq və düzgün hazırlanması üçün qaçqın və məcburi köçkün düşmüş vətəndaşlardan, dövlət və qeyri-hökumət təşkilatlarından malik olduqları informasiyaları İşçi Qrupuna (ünvan: Az 1022, Bakı şəhəri, S. Vurğun küç., 168, e-mail: İ[email protected], əlaqə telefonları: 012 449 46 33, 012 449 46 34, fax: 012 449 46 35, mob: + 994 50 762 28 8) göndərmələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə