YAP rəsmisi: “Hər iki tərəf bir-birinin maraqlarına hörmətlə yanaşır” AÇIQLAMA

YAP rəsmisi: “Hər iki tərəf bir-birinin maraqlarına hörmətlə yanaşır” AÇIQLAMA

"Rusiya dövləti bizə tək qonşu deyil, eyni zamanda yaxın, mehriban münasibətləri olan ölkədir. Bir çox məsələlər üzrə hər iki ölkənin mövqeləri üst-üstə düşür və bu istiqamətdə əməkdaşlıq davam etdirilir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə deyib.

Parlament üzvünün sözlərinə görə, ən əsası odur ki, hər iki tərəf bir-birinin maraqlarına hörmətlə yanaşır: "Hər iki dövlət istənilən yolla problemlərin danışıqlar yolu ilə həllinə üstünlük verirlər. Rusiya xarici işlər naziri Sergey Lavrovun da Azərbaycana rəsmi səfəri ilk növbədə Rusiya-Azərbaycan münasibətlərinin göstəricisidir. Nazir Sergey Lavrov da mətbuata verdiyi bəyanatında azərbaycanla münasibətləri yüksək qiymətləndirirdi. Azərbaycan Prezidenti İlham Əliyev də Sergey Lavrovu qəbul edərkən bu münasibətlərin genişlənməsinə və daha çox məsələləri əhatə edilməsinə diqqəti yönəltdi. Şübhəsiz ki, iki dövlət arasındakı münasibətlərdə Dağlıq Qarabağ məsələsinin müzakirəsi vacib yer tutur.

Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Ümid edirik ki, Rusiya-Ermənistan tərəfi indiki status-kvonun dəyişdirilməsində vacibliyini inandıra biləcək. Biz rəsmi Moskvadan bu vəziyyətin həll edilməsinə daha çox töhvə verməsini və regionda stabilliyin yaradılmasında fəal iştirak etməsini arzulayırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə