İyunun 19-da Bakıda Azərbaycan və Belarus xarici işlər nazirlikləri arasında məsləhətləşmələr keçiriləcək. Belarusun ölkəmizdəki səfirliyindən SİA-ya verilən məlumata görə, Belarus nümayəndə heyətinə Belarus xarici işlər nazirinin I müavini Aleksandr Mixneviç rəhbərlik edəcək.
Azərbaycanı məsləhətləşmələrdə xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək.
Məsləhətləşmələr zamanı iqtisadi-ticarət, elmi-texniki və humanitar sahələrində əməkdaşlıq, hüququ bazanın təkmilləşdirilməsi, habelə beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan-Belarus tərəfdaşlığı daxil olmaqla, ikitərəfli münasibətlərlə bağlı məsələlərin geniş spektri müzakirə ediləcək.
Məsləhətləşmələr Azərbaycan və Belarus xarici siyasət idarələri arasındakı dialoq çərçivəsində baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB