Prezident Yunanıstanın xarici işlər naziri ilə görüşüb FOTO

Prezident Yunanıstanın xarici işlər naziri ilə görüşüb FOTO

Afinada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev iyunun 16-da Yunanıstanın baş nazirinin müavini, xarici işlər naziri Evangelos Venizelos ilə görüşüb.

SİA-nın xəbərinə görə, görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri, enerji, qarşılıqlı sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Söhbət zamanı, həmçinin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə