Nazir UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərini qəbul edib

Nazir UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərini qəbul edib

Bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevardı fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. XİN-dən SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycan ilə UNİCEF arasındakı əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq bildirilib. Həmçinin görüşdə tərəflər sözügedən əməkdaşlığın bundan sonra da davam etdirilməsi üçün geniş imkanların olduğunu qeyd ediblər.

Nazir Elmar Məmmədyarov Azərbaycan ilə UNİCEF arasındakı əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə Mark Herevarda təşəkkür etmiş və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Azərbaycanda onun fəaliyyəti üçün yaradılmış şəraitə görə minnətdarlığını bildirmiş və Azərbaycandan xoş arzularla ayrıldığını qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə