"Hesab edirəm ki, Azərbaycana olan maraqlar təbii qarşılanmalıdır. Azərbaycan dünyanın ən zəngin ölkələrindən biridir və kilit dövlətdir. Ölkəmiz Avropa ilə Asiyanın birləşdirən bir yerdə "qızıl körpü" rolunu oynayır. Azərbaycan sivilizasiyalararası, dinlərarası dialoqda və Avropanın enerji təhlükəsizliyində çox mühüm rol oynayır". Bunu SİA-ya millət vəkili Fərəc Quliyev Rusiya dairələrinin Azərbaycan müxalifətinin simasında öz nüfuzlarını gücləndirməsinə münasibət bildirərkən deyib
Parlament üzvünün sözlərinə görə, bu gün artıq ölkəmiz xüsusi önəmə malikdir: "Bununla belə Cənubi Qafqazın təhlükəsizliyində çox ciddi element sayılır. Burada böyük güclərin toqquşmasını da təbii qəbul etmək olar. Biz hər zaman kənardan ölkəmizə qarşı təzyiqlərə hazır olmalıyıq. Biz istəmirik ki, kimləsə düşmən olaq. Amma bizdən asılı olmayaraq dövlətimizə qarşı münasibətlərdə o cür davranışların olması qaçılmazdır. Burada şərt adı "5-ci kolon" adlanan qüvvələrdən istifadə olunur. Hesab edirəm ki, Azərbaycan dövlətinin təhlükəsizlik qüvvələri, hüquq-mühafizə orqanları və s. kifayət qədər oturuşmuş struktura malikdir. Beləcə ölkəmizə qarşı hər hansı bir təzyiqin qarşısı alınacaq. Amma bu, inzibati yoldur.
Düşünürəm ki, bununla bağlı maarifləndirmə işlərləri də aparılmalıdır. Təbii ki, bu kimi halların qarşısının alınması üçün hər birimiz səfərbər olmalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB