“Müasir dünyada qadının statusu” mövzusunda tədbir keçirilib

“Müasir dünyada qadının statusu” mövzusunda tədbir keçirilib

Binəqədi rayonunda "Müasir dünyada qadının statusu" mövzusunda tədbir keçirilmişdir. Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdən əvvəl iştirakçılar foyedə "Azərbaycan qadını dünəndən bu günə" fotosərgisinə baxmışlar.

Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilmişdir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova çıxışında qadının cəmiyyətdəki rolundan danışmışdır. O, Azərbaycanın qadınların cəmiyyətdə roluna ən çox dəyər verilən ölkə olduğunu bildirmişdir.

Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasının gender bərabərliyi üzrə alt komitəsinin sədri Sahibə Qafarova müasir dünyada istər ailə, istər cəmiyyət, istərsə də dövlət səviyyəsində qadına verilən dəyər, onun statusu baxımından Azərbaycanın dünyanın qabaqcıl ölkələrə belə nümunə ola biləcəyini demişdir.

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədr müavini Sevinc Hüseynova Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi missiyanın yerinə yetirilməsində kişilərlə yanaşı, qadınların iştirakını da mühüm hadisə kimi xarakterizə etmiş və bunun üçün dövlət tərəfindən hərtərəfli şərait yaradıldığını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva müasir Azərbaycan cəmiyyətində dövlətin qadınlara göstərdiyi diqqətin gündəlik ictimai həyatda aydın hiss edildiyini bildirmişdir. Qeyd edilmişdir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın genişmiqyaslı fəaliyyəti Azərbaycan qadınının cəmiyyətdəki roluna əsl örnəkdir.

Tədbirin sonunda mövzu ətrafında debat olmuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə