Əsgərimiz hərbçi yoldaşını güllələyib

Əsgərimiz hərbçi yoldaşını güllələyib

Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən "N" saylı hərbi hissəsində silahlı insident qeydə alınıb. SİA-nın məlumatına görə, hərbi hissənin əsgəri Naid Namiq oğlu Mirzəyevin əlindəki avtomat silahdan təhlükəsizlik qaydalarının pozulması nəticəsində açılan atəş onun əsgər yoldaşı, 19 yaşlı Zöhrab İlyas oğlu Məmmədova dəyib. Güllə yarası alan əsgər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya faktı təsdiqləyiblər.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, Z. Məmmədov Lerik rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə